Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olarkən, bir neçə dəqiqə əvvəl Malatyada 5,6 bal gücündə yeni bir təkan meydana gəldi.
Medianews.az xəbər verir ki, bölgədən son hadisələri çatdıran müxbirin kamerasına əks olunan görüntülərdə qəzalı binaların bir-birinin ardınca uçduğu əks olunub.
Hadisə zamanı vətəndaşların böyük təşviş içində təhlükəsiz bölgələrə qaçdığı anlar yaşanıb.
Medianews.az