İnformasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olan “Konnekt” QSC (Connect) İnternet tariflərini yeniləyib.
Marja xəbər verir ki, yeni tariflərə görə, 45 Mb/san 18 manata, 60 Mb/san 25 manata, 80 Mb/san 35 manata təklif olunur.
ndiyədək, “Connect” fərdi fiber optik İnterneti üzrə 18 manata 20 Mb/san, 25 manata 35 Mb/san, 35 manata isə 45 Mb/san sürət təqdim edirdi.
“Konnekt MMC” efir-kabel televiziyası və internet provayder xidmətləri göstərir.