Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı əsgər azad edilib.
Medianews.az bildirir ki, Yermak öz Telegram hesabında yazıb ki, Rusiya tərəfi ilə daha bir məhbus mübadiləsi aparılıb.
Əsir mübadiləsi çərçivəsində 2-si zabit, 114-ü sıravi və çavuş olmaqla 116 əsgərin azad edildiyini qeyd edən Yermak, “İşimizə davam edirik. Hamını geri qaytaracağıq” ifadəsini işlədib.
Yermak iki əcnəbi könüllü Kristofer Metyu Perri və Endryu Tobias Metyu və könüllü döyüşçünün cəsədlərinin məhbus mübadiləsində Ukrayna tərəfinə qaytarıldığı barədə məlumatı da paylaşıb.
Rusiya Müdafiə Nazirliyi də Ukraynadan əsirlərin dəyişdirilməsi ilə 63 rus əsgərinin azad edildiyini bildirib.