Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar həyat yoldaşı Sümeyye Ərdoğan və qızı ilə Mərakeşə gedib.
Medianews.az xəbər verir ki, Bayraktar sosial media hesabından “Gözəl bir Mərakeş röyası” adlı 2 dəqiqəlik video yayımlayıb.
Paylaşılan videonun ən çox bəyənilən hissəsi Bayraktar cütlüyü olub. İstifadəçilər “Mənim sevimli cütlüyüm, çox gözəlsiniz, maşallah, maşallah bu gözəl ailəyə” kimi şərhlər yazıblar.
Medianews.az