Şənbə, 1 Aprel 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanda yeni cərimələr müəyyənləşdi

Mehin
04/02/2023 15:21
143
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 362-3-cü maddə əlavə edilib:

“Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi

362-3.1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir.

362-3.2. Bu Məcəllənin 362-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə edilir”.

Bundan başqa, məcəllənin 363-cü maddə yeni redaksiyada verilib:

“Maddə 363. Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi

363.1. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

363.2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə –

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə edilir.

363.3. Bu Məcəllənin 363.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə edilir”.

DAHA ÇOX OXU

Ölkə

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46
Ölkə

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10
1-MANŞET

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51
1-MANŞET

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40
1-MANŞET

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27
1-MANŞET

Təranə Qumral qəzəbləndi: “RƏDD OL” – FOTO

01/04/2023 12:17
SON XƏBƏR

Sürücülərə ŞAD XƏBƏR – Bu problem həll edildi – VİDEO

ilham əliyev imza

Prezident bu Sazişi təsdiq etdi

Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı

Xəbər lenti

8 il sonra insanlar – Xərçəngə tutulmayacaqlar

01/04/2023 14:24

“Evlənəndə həyat yoldaşımı sevməmişəm”

01/04/2023 14:03

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46

Konsert zamanı faciə – VİDEO

01/04/2023 13:23

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10

Xalq artistinə bahalı bağ evi hədiyyə edildi – VİDEO

01/04/2023 13:00

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27

Təranə Qumral qəzəbləndi: “RƏDD OL” – FOTO

01/04/2023 12:17

Nazirliyin idarə rəisi döyülüb?

01/04/2023 12:00

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

01/04/2023 11:43

Azərbaycanlı iş adamı QƏTLƏ YETİRİLDİ – DƏHŞƏT

01/04/2023 11:28

“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”

01/04/2023 11:19

Laçınlılar bu xəbəri mütləq oxusun – VİDEO

01/04/2023 11:04

Rayonun ən hündür yerindən özünü atdı – 9 SAAT SONRA … (VİDEO)

01/04/2023 10:52

Bahalı avtomobilindən ətrafa atəş açan şəxs KİMDİR ? – VİDEO

01/04/2023 10:32

Xatuna kim elçi düşüb? – VİDEO

01/04/2023 10:14

Şirvan sakinlərindən 50 min dollar alan FIRILDAQÇI KİMDİR? – FOTO

01/04/2023 09:54

Azərbaycandan qaçan qadın məmur BU ÖLKƏDƏ SAXLANILDI

01/04/2023 09:39

İran Fazil Mustafanı buna görə hədəf aldı – Saleh İldırım AÇIQLADI

01/04/2023 09:32

Bakıda günlərdir axtarılan 18 yaşlı qız görün kiminlə və haradan tapıldı – FOTO

01/04/2023 09:22

“Mənim də alnıma bu yazı yazılıb”- Xalq Artisti

01/04/2023 08:53

Gözlərinizdə bu problem varsa… – Həkimdən XƏBƏRDARLIQ

01/04/2023 08:37

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.