Ekoloqlar, həmkarlar ittifaqı və peşə təşkilatlarının keçirdiyi araşdırmalar nəticəsində tonlarla asbest daşıdığı səbəbindən Türkiyə ərazi sularına girişi qadağan edilən Braziliya təyyarə gəmisinin Atlantik okeanında batırılacağı açıqlanıb.
Medianews.az xəbər verir ki, sökülmək üçün Əliağa limanına yola düşən gəmi Türkiyədəki böyük reaksiya və şərti icazənin ləğvi səbəbindən geri qayıtmalı olub. Braziliya 3 aydır sahildən uzaqda olan qəbul etmək istəməyib və limanlarına yanaşmasına icazə verməyib. Ölkənin Hərbi Dəniz Qüvvələri su altında qalan gəmini Braziliyanın müstəsna iqtisadi zonası sərhədləri daxilində, sahildən 350 kilometr aralıda və 5 min metr dərinlikdə batırmaqdan başqa çarələri olmadığını açıqlayıb.
Lakin bu vəziyyət gəmidə aşkar edilən asbest səbəbindən ölkədə narahatlıq yaradıb.
Prokurorlar vəziyyəti ələ almağa çalışsalar da, federal hakim ekoloji amillərin nəzərə alındığını bildirərək bu müraciəti rədd edib. Beləliklə, gəminin Braziliya sularında batırılması qərarı dəqiqləşdirilib.
Medianews.az