Məşhur alim Daniel Rotman dünyanın sonunu qeyd edən tarixi açıqlayıb.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın sonu ilə bağlı təəccüblü açıqlamalar verən alim okeanlarda karbonun səviyyəsinin sürətlə artdığını və 2100-cü ildə bu səviyyənin 500 giqatona (1 milyard (109) ton) çatacağını bildirib.
O, bu vəziyyətin kütləvi məhvə səbəb ola biləcəyini izah edib. Bununla belə, Rothman, kütləvi məhv olmaq üçün hansı rəqəmin lazım olduğunu dəqiq bilmədiyini söyləyib.
“OKEANLARDAKİ KARBONLARIN MİKTARI ARTACAQ” Karbon emissiyalarının artmasının daha əvvəl 4 kütləvi yoxa çıxmasına səbəb olduğunu bildirən Rotman sözlərini belə davam etdirib:
“Hazırda okeanlarda karbonun miqdarı 300 giqatondur. 100 və ya 200 ildən sonra bu səviyyə 500 giqatona yüksələcək. Bu, kütləvi məhvə səbəb ola bilər. Lakin insanlar bu dəyişikliyin uzun zaman alacağına inanırlar.
O, bizim kütləvi məhvə getdiyimizi dərk etməyə bilər, çünki bu, illər alır. Yenə də dünyada baş verən hər 5 kütləvi məhvdən 4-ü karbonla bağlı olub. Artıma diqqətlə baxmaq lazımdır”.
Mehin Mehmanqızı
Medianews.az