Almaniyanın Reklinqhauzen şəhərində qatar qəzası baş verib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.
Hadisənin necə baş verdiyi barədə məlumat verilməsə də, qəzada bir uşağın öldüyü, digərinin isə ağır yaralandığı açıqlanıb.
Qeyd edək ki, uşaqların yaşları ilə bağlı məlumat paylaşılmayıb. Qatar uşaqları yüzlərlə metr uzaqlığa sürüklədiyindən , qəzadan sonra uşaqları tapmaq üçün pilotsuz uçuş aparatlarının uzun müddət ərazidə axtarış apardığı bildirilib.
Mehin Mehmanqızı
Medianews.az