Rusiyada həkimlər ölkədə yüksək yoluxucu koronavirus ştammının yayılmasını qeyd ediblər.
Medianew.az RİA Novosti nəşrinə istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin mətbuat ximətinin məlumatına görə bu gün , fevralın 3-də Rusiyada COVID-19-un “Kraken” variantı aşkar olunub.
Ştamm “omikronun” subvariantıdır.
Diaqnozun Tıva Respublikasında qoyulduğu məlum olub. Artıq bir neçə nəfərdə bu virusun simptomları aşkarlanıb.
Məlumatına görə, xəstədə infeksiya ağır klinik nəticələr olmadan davam edir, xəstəlik yüngül keçir.
Xatırladaq ki, Rusiyada ilk dəfə 2023-cü il yanvarın 12-də Penzada “kraken” xəstəsi aşkar edilib.
Qeyd edək ki, Rusiyanın Kirov vilayətində COVID-19-a yoluxanların sayı durmadan artır.
Rusiyada sutka ərzində 1065 nəfər koronavirusa yoluxub.
Mehin Mehmanqızı
Medianews.az