İran parlamenti qanun layihəsi hazırlayır: qəbul olunarsa, hicabsız qadınlara sosial xidmət göstərilməyəcək.
Medianews.az bildirir ki, hazırlanan qanunvericilik təşəbbüsünü Milli Məclisin Məhkəmə-hüquq məsələləri komissiyasının sədri Musa Qəzənfərəbadi açıqlayıb.
Videomüşahidə sistemlərinin köməyi ilə piyada keçidlərində və digər ictimai yerlərdə hicab taxmayan qadınların müəyyən edilərək, onlara qarşı qanun pozuntusuna yol verilməsi təklif edilir.
“Nəticədə bu insanlara sosial xidmətlər göstərilməyəcək”, – Qəzənfərəbadi bildirib.
SMS-lə ilk xəbərdarlıqla başlayan və itaətsizlik halında pozucunun milli kartının bloklanması ilə başa çatan mərhələli cəza nəzərdə tutulur.