Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Binyamin Netanyahunun İrana qarşı birgə hərəkət etmək qərarını alıblar.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Makron rəsmi təmaslar üçün Fransanın paytaxtı Parisə gələn Netanyahunu dünən Yelisey sarayında qəbul edib.
Yelisey Sarayından verilən açıqlamaya görə, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib və başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.
Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdıran Makron, Fələstin və İsrail vətəndaşları arasında can itkisinə səbəb olan zorakılıq spiralını gücləndirəcək fəaliyyətlərdən qaçınılması lazım olduğunu xatırladıb.
Makron və Netanyahu İranın nüvə problemini də müzakirə ediblər.
Fransa prezidenti İranın nüvə proqramında şəffaf olmasını irəli sürərək, əks halda nəticələrin qaçınılmaz olacağı ilə bağlı xəbərdarlıq edib. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Fransa prezidenti Makron xatırladıb ki, İranın Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi ölkəni sanksiyalara məruz qoyacaq.
Makron və Netanyahu İrana qarşı birləşməyə qərar verərkən, ölkələri arasında strateji tərəfdaşlığı genişləndirmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəklərini ifadə ediblər.
İsrail-Fransa münasibətlərinin müxtəlif aspektlərdən müzakirə edildiyi görüşdə Makron Netanyahuya Fransanın terrorla mübarizədə dəstəyini çatdırıb.
Mehin Mehmanqızı
Medianews.az