Yunanıstan Egey dənizində gərginliyi artıracaq hərəkətlərini davam etdirir.
Medianews.az xəbər verir ki, sosial mediada yayılan görüntüdə Yunanıstan sahil mühafizə gəmisindəki əsgərlərin Türkiyə sahil mühafizə gəmisinə atəş açdığı görülüb.
Türkiyənin Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığı hadisənin 2023-cü il yanvarın 5-də baş verdiyini bildirib. Daha əvvəl də dəfələrlə türk balıqçı gəmilərinə hücum edən və onlara silahla təcavüz edən Yunanıstan bu dəfə Türkiyə sahil mühafizə qruplarını hədəf alıb.
Medianews.az