“Bu, tarixin təkrarı deyil, bu, ölkəmizin gündəlik reallığıdır. Şərlə həmsərhəd olan ölkənin etdikləridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Rusiyanın Kramatorskda yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində dinc sakinlər dağıntılar altında qalaraq həlak olub:
“Hazırda iki nəfərin ölməsi və səkkiz yaralnın olması barədə məlumat var. Belə faciələrin yenidən olma ehtimalını sıfıra endirmək üçün bunun öhdəsindən gəlməli olan bir ölkə düşünün…”.
Ukrayna Prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Hazırda insanların müvəqqəti köçürülməsi və dağıntıların təmizlənməsi işləri aparılır.