Avstriya 4 rus diplomatı “diplomatik statusları ilə uyğun gəlməyən” hərəkət etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı Avstriya Xarici İşlər Nazirliyi yayıb.
Açıqlamada, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunduğu bildirilib.
Deportasiya qərarına səbəb diplomatların “diplomatik statusla bir araya sığmayan” fəaliyyət göstərməsi olub.
Mehin Mehmanqızı
Medianews.az