İran Azərbaycanın yardım təklifini rədd edib.
İran Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdə zərər çəkənlərə yardım təklifini rədd edib.
Medianews.az Türkiyənin diplomatik mənbələrin verdiyi məlumata istinadla xəbər verir ki, Azərbaycan tərəfi, Azərbaycanın Tehrandaki səfirliyində baş vermış terror aktından sonra iki ölkə arasında yaranan gərginliyə rəğmən İrandakı soydaşlarımıza yardım təklif edib.
Tehran administrasiyası Azərbaycanın yardım təklifini qəbul etməyib.
Zəlzələ zonasında on minlərlə azərbaycanlı qış şəraitində çöldə sağ qalmağa çalışır. Zəlzələdən zərər çəkənlərə yardım etməyən İran hökuməti başqalarına da kömək etmək imkanı vermir.
Qeyd edək ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, Azərbaycan türklərinin sıx yaşadığı bölgədə zəlzələ nəticəsində 1500 ev dağılıb.
Sosial şəbəkələrdə zəlzələdən zərərçəkənlərin İran dövlətindən heç bir yardım almadıqları və soyuq havada çöldə qaldıqları barədə görüntülər paylaşılıb.
Mehin Mehmanqızı
Medianews.az