Çərşənbə axşamı, 28 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Gələcək bizim əlimizdədir” – Gənclər Günü ilə bağlı MARAQLI FİKİRLƏR

TURAN
02/02/2023 17:58
624
BAXIŞ
FacebookTwitterTelegram

2 fevral Azərbaycanda gənclər günüdür. Ulu Öndər Heydər Əliyevin 1997- ci ildə imzaladığı fərmanla bu tarix həmin andan ölkəmizdə Azərbaycan Gəncləri Günü olaraq qeyd edilir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

Cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan gənclərimiz bu günü xüsusi həyəcanla qeyd edir.
Onlar bu barədə Medianews.az-a öz fikirlərini bildiriblər.

Qraffiti ustası, gənc rəssam Elnur Şirinov bu gün münasibətilə ölkə gənclərini təbrik edib və onlara bir sıra tövsiyələr verib:

“Gənclər günü münasibətilə bütün gəncləri təbrik edirəm. Özüm də gənc bir rəssam olaraq gənclərə bir neçə məsləhət vermək istərdim. İlk olaraq, onlara istər şəxsi, istərsə də iş həyatlarında uğurlar diləyir, bilib-sevdiyi iş sahəsi ilə məşğul olmaqlarını arzu edirəm. Önəmli olan gördükləri işi sevməkləri və bu işdən yorulmamaqlarıdır. Çünki insan sevdiyi işi mükəmməl şəkildə yerinə yetirdikdə şan və şöhrət qazanmış olur. Gənclərimizi həmişə yüksək məqamlarda görməyi ümid edirəm. Ölkəmizin gələcəyi biz gənclərin əlindədir. Ona görə də vətənimizin adını uca tutmaq uğrunda hər daim irəliyə doğru addımlar atmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nərmin Aslanova gənclər gününü əhəmiyyətini belə ifadə edir:

“2 fevral Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir gənc olaraq ölkənin həyata keçirdiyi gənclər siyasətini yüksək qiymətləndirir, gənclərə verilən diqqət və qayğı üçün öz təşəkkürümü bildirirəm”.

Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Xankişiyeva söyləyir ki, indi gənc nəsil əvvəlkilərdən tamamilə fərqlənir:

“Bugünki gənclik tamamilə fərqlidir. Burada həm zaman, həm də dövr faktoru əhəmmiyyət kəsb edir.Ona görə fərqli deyirəm ki, əvvəlki dövrlərlə müqayisədə indi Azərbaycan müstəqil dövlətdir. Ona görə gənc nəslin nümayəndələri indi daha parlaq, müstəqil düşüncəli, mərd, vətənini sevən gənclərdən ibarətdir. Biz gənclər inanırıq ki, ölkəmizin adını daha da yüksəldəyəcəyik”.

Gənc müxbir Leyla Əliyeva yaşıdlarına tövsiyə edir ki, gənclərimizin hədəfi yalnız irəliyə getmək olsun:

“Bu əlamətdar gün münasibətilə təkcə gəncləri deyil, özünü gənc hiss edən hər kəsi təbrik edirəm.Vətəndaşlarımıza elə gənc yaşlarından uğurlu addımlar atmasını, daim irəli baxmasını arzu edirəm. Tövsiyə edirəm ki, gənclərimiz keçdiyi bütün yolları yıxıb töksünlər ki, irəli baxmaqdan başqa çarələri qalmasın. Qalib ölkənin vətəndaşı olaraq bu günü qeyd etmək qürurvericidir. Vətən uğrunda canından keçmiş şəhid adını alan cənnətdəki gənclərimizin də günü mübarək olsun”.

Türkiyənin Anadolu Universitetində magistr təhsili alan gəncimiz İlqar Musayev bildirir ki, gənclərimizin uğura imza atmasında əsas rolu dövlət oynayır:

“Hər kəsə məlumdur ki, 2 fevral tarixinin Gənclər Günü elan olunması ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cənab prezidentimiz İlham Əliyev də ulu öndərimiz Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirir. Elmin, təhsilin inkişafında, həmçinin ölkəmizin siyasi, iqtisadi cəhətdən yüksəlişində gənclərin rolu danılmazdır. Bu da dövlət tərəfindən gənclərin inkişafına töhvə verən bir çox addımları atılmasının, faydalı layihələrin hazırlanıb, həyata keçirilməsinin nəticəsidir”.


Azərbaycanın fəal gənclərindən olan müxbir Zərintac Mayisqızı da həmyaşıdlarını təbrik edərək, onlara uğurlar arzulayıb:

“Azərbaycan gəncləri hər zaman ölkəmizin bayrağını ən yüksək zirvələrdə dalğalandırmağa nail olublar. Buna ən böyük sübut isə 2-ci Qarabağ müharibəsidir. Həmin an gənclərimiz həm ön cəbhədə düşmənlə son damla qanına qədər vuruşdu, həm də informasiya müharibəsində tarixi həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmağı bacardı. Bu gün həmçinin, Laçın-Xankəndi yolunda keçirilən aksiyada canla-başla iştirak edən gənclərimiz xalqına, dövlətinə sahib çıxır, Azərbaycanın milli-mənafeini müdafiə etmək uğrunda heç nədən çəkinmirlər. Bütün təbriklərə qoşularaq, mən də yaşıdlarımı təbrik edirəm və daim irəlidə olmaqlarını arzulayıram”.

Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Hüseynova isə gənclərin hazırda Şuşadakı məharətindən və cəsarətindən danışıb : “Mənə görə Azərbaycan gəncliyinin təsviri Vətən müharibəsində vətən daşı və vətəndaşı üçün can qoyan, can alan şəxslərin timsalında, onların mübarizəsini Şuşada gecə-gündüz, soyuq, qar, qış demədən davam etdirən gənclərdir. O gənclərin hesabına bizim ərazimiz və biz bütövük. Bu gün o gəncliyin hesabına 53 gündür Xankəndinə qanunsuz silah daşınmır. Bu həm də Azərbaycan gəncliyinin əynində forma olmadan əsgər olmasıdır. Yeri gələr qol qaldırıb oynayarıq, yeri də gələr bayraq qaldırıb rusun qarşısında dik durarıq”.

Bakı Dövlət Universitetinin tələbəsi Bəyim İsmayıl deyir ki, nə olursa-olsun gənclərimiz hər zaman dik durmağı, problemlərə qarşı mübarizə aparmağı çox yaxşı bacarırlar:

“İndiki gənclərimiz vətənpərvər ruhunda böyüyüb. Buna 44 günlük vətən müharibəsində şahid olduq. Gənclərimiz daim inkişaf edir, öz üzərlərində çalışırlar. Doğrudur, istisna hallar da var. Bütün problemlərə baxmayaraq ayaqda durmağı bacarırlar. Və bu gün bizim günümüzdür. Özü və ruhu gənc olan gənclərimizi təbrik edirəm, daim müvəffəqiyyətlər arzulayıram”.

Bəli, gənclərimiz dövlətin onlara göstərdiyi qayğı və diqqətin fərqindədirlər. Unutmamalıyıq ki, müstəqil Azərbaycan gənci həm ölkənin həm də millətin gələcək təməlidir.

Aytac Şahin
Medianews.az

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

DAHA ÇOX OXU

1-MANŞET

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11
Cəmiyyət

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20
Cəmiyyət

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00
Cəmiyyət

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45
Cəmiyyət

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30
Cəmiyyət

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13
SON XƏBƏR

"Naxçıvan" Universitetinə təyin olunan yeni rektor kimdir? - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Rusiyada parlaq narıncı neft yatağı kəşf edilib

Xəbər lenti

“Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki…”

28/03/2023 05:12

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13

Ticarət mərkəzində biabırçılıq: Qızlar əlbəyaxa oldu – VİDEO

27/03/2023 20:54

Hacı Nuranın köməkçisi aparıcının SON DURUMUNDAN DANIŞDI

27/03/2023 20:39

Polis bu uşaqla bağlı əhaliyə müraciət etdi – DİQQƏT!

27/03/2023 20:26

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” – Rusiya XİN

27/03/2023 19:45

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21

Türkiyədə növbəti ZƏLZƏLƏ

27/03/2023 19:00

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

27/03/2023 18:18

Türkiyədən Fransaya ETİRAZ NOTASI – NƏ BAŞ VERİR?

27/03/2023 18:14

Azərbaycanlı müğənni qəfil dünyasını dəyişdi

27/03/2023 17:58

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədovdan ƏSƏBİ REAKSİYA

27/03/2023 17:53

Müğənni aylıq 600 mini rədd etdi

27/03/2023 17:33

XƏBƏRDARLIQ! – Bu tarixdən hava kəskin dəyişir

27/03/2023 17:27

Xuraman Əlizadə: “Bəlkə heç Oqtay müəllim ölməyib?” – VİDEO

27/03/2023 17:22

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.