Almaniyanın cənubundakı İnqolştadt şəhərində avtomobildə qadın cəsədi tapılıb.
Medianews.az xarci mətbuata istinadla xəbər verir ki, NBC News-a danışan polis sözçüsünün verdiyi məlumata görə , 23 yaşlı qadın dostunun köməyi ilə ailəvi problemlər üzündən özünü ölü kimi göstərmək və yeni həyata başlamaq üçün ona çox oxşayan bir insanı öldürüb.
Qadının 50-dən çox bıçaq zərbəsi aldığı müəyyən edilərkən, onun şəxsiyyətinin İraq əsilli alman Şaraban K. olduğu məlum olub. Amma reallıq çox fərqli idi. 23 yaşlı Şaraban K ailə problemləri səbəbindən yeni həyata başlamağı planlaşdırdığı üçün İnstaqramda özünə çox bənzəyən qadını taparaq öldürüb. Daha sonra qurbanın qonşu Baden-Vürtemberq əyalətinin Heilbronn şəhərindən olan 23 yaşlı Əlcəzairli gözəllik blogeri Xadidja olduğu müəyyən edilib.
Polisin açıqladığı məlumata görə, iki qadın bir-birinə çox bənzəyirmiş. Onların ikisi qara dərisi, düz qara uzun saçları və xüsusilə ağır makiyajı ilə “çarpıcı dərəcədə oxşar” idi.
Qeyd edək ki, qurban 50-dən çox bıçaq yarası ilə öldürülüb.
Hadisə yerli media tərəfindən “ikili cinayət” adlandırılıb.
Mehin Mehmanqızı
Medianews.az