Avstraliyanın paytaxtı Sidneydə baş verən dəhşətli hadisə qısa zamanda gündəm olub.
Medianews.az xəbər verir ki, 3 yaşlı uşaq faciəvi şəkildə dünyasını dəyişib.
Belə ki, valideynləri tərəfindən maşında unudulan uşaq 35 dərəcə tempraturda qapalı vəziyyətdə qalaraq boğulub.
Sözügedən hadisədə 3 yaşında olduğu müəyyən edilən oğlan dünyasını dəyişib. Hadisə baş verəndən sonra əraziyə çox sayda polis və tibb işçiləri gəlib. Şəhər polisi dəhşətli hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, faktla bağlı araşdırmalar aparılacaq.
Uşağı avtomobildə unudan şəxsin hadisə yerindən qaçmadığı və polisə kömək etdiyi də deyilib.
Qeyd edək ki, Avstraliyada hər il 5000 mindən buna çox oxşar hadisə qeydə alınır. Belə xəbərlərin çoxu adətən pis sonluqla, yəni ölümlə bitir.
Aytac Şahin