Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Xankəndiyə gələn axçilərin arxasınca su səpən “sülhməramlılar”

Elşad Paşasoy
01/02/2023 12:22
132
BAXIŞ
FacebookTwitterTelegram

Neçə gündür ki, cəmiyyət olaraq başımız İrandakı səfirliyimizdə törədilmiş xain hücuma, terror hadisəsinə qarışıb, bu, təbiidir. Qəzəbimiz ölçüyəgəlməzdir, Azərbaycanın müstəqillik tarixində bir qara ilk yaşanıb, diplomatik nümayəndəliyimizə silahlı hücum olub, şəhid vermişik, özü də müsəlman ölkədə, qonşuda!

Dövlət və millət olaraq, hətta dini kəsimin rəhbərliyi səviyyəsində münasibətimiz bəllidir, məhz belə də olmalı idi. Prezident İranda baş verənləri terror aktı kimi qiymətləndirib, cinayətkarların cəzalandırılmasını tələb edib, xarici siyasət idarəsi də sərt şəkildə, diplomatiyanın imkan verdiyi səviyyədə münasibətini bildirib, eyni zamanda elə bir az əvvəl vətəndaşlarımıza müraciətdə İrana səfər etməmək tövsiyə olundu. Bəli, İrandakı fars-molla rejimindən hər cür namərdlik gözləmək olar. Əgər bir rejim ki, məhz azərbaycanlı olduqları üçün Xoy şəhərindəki zəlzələdən zərər çəkənlərə, şaxtalı gecələri küçələrdə keçirənlərə yardım əlini uzatmırsa, demək bu rejimdən ehtiyatlanmağa kifayət qədər əsas var. Bu rejim hətta bizim şəhidimiz Orxan Əsgərovun nəşinin Bakıya yola salınmasını belə, gecikdirdi, İslama, dini dəyərlərə, qonşuluğa sığmayan bir addım atdı! Odur ki, qəzəbimiz sonsuzdur! Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allühşükür Paşazadənin “İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir” deməsi çoxlarının ürəyindən xəbər verdi. Hələ bu hadisələr baş verməmiş Azərbaycanın dövlət başçısı İrandakı rejimin namərd davranışlarını, işğalçı və terrorçu Ermənistana hər cür dəstək verməsini, sərhədlərimizdə hərbi təlimlər keçirməsinə reaksiyasında İranda milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edildiyini söyləmişdi. Bununla da rəsmi Tehrana heç olmasa dini dəyərləri unutmayaraq, müsəlman qardaşının təbii haqlarını tanımağı, dilini kəsməməyi tövsiyə etmişdi. Lakin əksini müşahidə etdik, daha dəhşətli hadisə baş verdi, bir əsrdə iki dəfə müstəqilliyini elan edən Azərbaycanın hər iki halda varlığını həzm edə bilməyən, müstəqil dövlətimizi ən gec tanıyanların sırasında yer alan Tehran rejimi bu dəfə müstəqilliyimizə güllə atdı – Azərbaycan Respublikasının bir parçası olan elçiliyində! Bu, bir dövlətə qarşı müharibə elan etməyə bənzər aktdır. Odur ki, bu gün Vətən naminə birlik nümayişimiz məhz bizə yaraşan addımdır. Necə ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra, 44 günlük müharibədə hamımız bir olduq, ancaq Qarabağ uğrunda düşündük, yumruğa döndük, sonda zəfər qazandıq, bu gün də Azərbaycana qarşı faktiki olaraq müharibə edənlərə qarşı vahid komandanlıq halında mübarizə aparmalıyıq. Yalnız bu formul bizi dövlət və millət olaraq yeni-yeni zəfərlərə aparacaq, artıq sınaqdan çıxmış taktikadır…

Sülhməramlılar üçün məsuliyyətli məqam: Azərbaycan Müdafiə Nazirliyi  narazılığını bildirir - 26.11.2022, Sputnik Azərbaycan

Bu arada şimal küləklərini də unutmamalıyıq. Daha da konkretləşdirsək, Rusiyanın Qarabağda oynadığı oyunları, məkrli siyasətini. Qarabağdakı terrorçu rejiminin başçısı Arayik Arutyunyanın Rusiyaya getdiyi barədə məlumatlar yayılıb. Əvvəla, hansı yolla? Axı, həm ermənilər, həm onların Avropadan tutmuş Amerikaya, ordan da Rusiyaya qədər hamı ağız-ağıza verib şivən qoparır ki, Azərbaycan Laçın yolunu bağlayıb, Qarabağdakı ermənilər boğulur, ölür, qırılırlar! Yol necə bağlıdır ki, Arayik Arutyunyan kimi baş cəllad belə, keçib gedir, hətta Rusiyaya uşur?! Azərbaycanın ekofəallarının artıq 51-ci gündür davam etdirdikləri dinc aksiyasının üzərinə çamur atan mənfur dairələr indi cavab versinlər: 2020-ci ilin oktyabrında “Gəncənin raketlə vurulmasını mən əmr etmişdim”-deyən Arutyunyan hansı yolla Qarabağdan çıxıb və Moskvaya gedib? Bu günlərdə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan vətəndaşını elə hava limanındada saxlayıb, deport etdilər, heç bir əsas gətirmədən. Amma terroru şəxsən etiraf edən Arayik Arutyunyan az qala hər kvartalda Moskvaya uçur. Sonuncu dəfə ötən ilin 27 oktybarında İrəvan-Moskva reysi ilə Rusiya paytaxtına uçmuşdu. Qayıdandan sonra Rusiya canişini Ruben Vardanyanın “dövlət naziri” təyin olunması barədə “fərman verdi”. Bu dəfə hansı təlimatla qayıdacaq, maraqlıdır. Amma həm də hansı yolla qayıdacaq Qarabağa? Laçın yolu bağlıdırsa əgər…Rusiyanın hərbi kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 1000-dən çox minik və yük maşını Ermənistandan Qarabağa, yaxud geriyə hərəkət edib bu ay yarımda. Elə bu gün ermənilər xəbər yayıblar ki, daha 3 xəstəni Xankəndidən Gorus tərəfə aparıblar, üst-üstə Ermənistana çatdırılan xəstələrin sayı 58-dir. Yaxşı, yol bağlıdırsa, onlar necə olub rahat mənzilbaşına çatıb? Bu sual ətrafında nə Roma Papası düşünür, nə AŞ PA, nə Avropa Parlamenti, nə ABŞ Dövlət Departamentindəki erməni sevdalıları!

Qarabağda sülhü və təhlükəsizliyi təmin edəcəyi barədə öhdəlik götürmüş Rusiyanın işləkləri bununla bitmir ki…Budur, Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingenti Rusiyanın 44 vətəndaşını bölgədən təxliyə edib. Bundan əvvəl də 64 Rusiya vətəndaşı olanlar Qarabağdan çıxarılmışdı. Onlar Qarabağda nə gəzirmiş? Bu gün ermənilər özləri Vardanyan-Autyunyan rejimindən, eləcə də rus hərbçilərin əlindən xilas olub qaçmaq istəyir, Rusiyadan arvad-uşağı kim daşıyıb gətirib Azərbaycan ərazilərinə? İndi deyəcəklər ki, onlar hərbçilərin ailə üzvləridir. Razılaşmaya əsasən, 1960 rusiyalı hərbçi yerləşdirilib Qarabağda, daha onların arvad-uşağı barədə də bənd salınmayıb ki, 10 noyabr bəyannaməsinə! Digər tərəfdən, Xankəndi, Ağdərədə “rus icması”, “rus mərkəzləri” yaradılması, erməni məktəblilərə rus dilində tədris materiallarının paylanması nə oyun idi?

Azərbaycan Xankəndi, Xocalı və Xocavəndə də suverenliyini bərpa edəcək »  "Dünya" informasiya agentliyi

Bununla da bitmədi…Erməni mənbələri yazıb ki, “artsax respublikasının xarici işlər naziri” Sergey Qazaryan Ermənistan Demokratik Partiyasının “Artsaxın müdafiəsində” ictimai təşəbbüsü və “Qadınlar erməni Vətəni uğrunda” təşkilatının nümayəndə heyətlərinin üzvlərini qəbul edib. Diqqət edin: “Artsax respublikasının xarici işlər nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər artsaxın Azərbaycan tərəfindən davam edən blokadası nəticəsində yaranmış vəziyyəti, eləcə də onu aradan qaldırmaq üçün mümkün tədbirləri müzakirə ediblər”. Həyasızlıq davam edir. Ermənistandan at ilxısı, köpək sürüsü kimi tökülüb gəlirlər Xankəndiyə, görüşlər keçirirlər, deyirlər “blokadada ölürük!”

İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir - SƏRSƏM İDDİA

Əsas sual: Rusiya hərbi konmtingenti Ermənistandan gəlmiş bu axçiləri Qarabağa hansı əsasla buraxıb?! Arutyunyanı Moskvaya yola salırlar, axçiləri də Xankəndiyə…

Bir o qalıb ki, arxalarınca su da səpsin “tovariş” Volkov!

DAHA ÇOX OXU

export

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52
1-MANŞET

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29
1-MANŞET

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48
Cəmiyyət

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33
export

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16
1-MANŞET

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00
SON XƏBƏR

Gülben Ergendən Cənubdakı soydaşlarımıza DƏSTƏK PAYLAŞIMI

Dəfn avtobusunun aşması faciəyə səbəb olub

Pensiyalar bu tarixdən artımla veriləcək

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.