Almaniyanın Munster şəhərində ukraynalı əsgərlərə Leopard tanklarını idarə etmək öyrədiləcək. Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə bildirib ki, bu, tam kurs deyil, yalnız əsas bacarıqlar olacaq.
Medianews.az xəbər verir ki, Boris Pistorius çıxışı zamanı deyib: “Bu, əlbəttə ki, tam bir təhsil kursu olmayacaq. Amma başqa cür də alınmayacaq. Bu, təlim olacaq. Bu müddət ərzində əsgərlər ən zəruri bacarıqları əldə edəcəklər”.
Pistorius qeyd edib ki, təlim Marder BMP-də olduğu kimi Munsterdə keçiriləcək. Çox tezliklə başlayacaq.
Xatırladaq ki, Almaniya ilk mərhələdə Ukraynaya 14 Leopard 2 tankı vəd etmişdi. Berlin həmçinin öz tanklarının başqa ölkələrdən Kiyevə təkrar ixracına icazə vermişdi.