Dünyanın ən ağıllı adamı vəfat edib.
Medianews.az xəbər verir ki, dünyanın ən ağıllı və uğurlu iş adamlarından hesab edilən isveçrəli iş adamı Donald M.Hess dünyasını dəyişib.
1946-cı ildə anadan olan Hess 20 yaşında atasını itirdikdən sonra pivə zavodunun və daşınmaz əmlak şirkətlərinin başına keçib.
O, tezliklə işgüzarlığını hər kəsə sübut etməyi bacarıb.
İlk olaraq İsveçrənin ilk alkoqolsuz pivəsini təqdim edib. Daha sonra Hess mineral su biznesinə daxil olaraq öz sözünü deməyi bacarıb.
“Valser” etiketi ilə mineral su istehsal etməyə başlayıb və 30 il ərzində bu brend İsveçrənin bir nömrəli mineral suyuna çevrilib.
Şirkət o qədər uğurlu oldu ki, Hess mineral su biznesini 2002-ci ildə Coca Cola-ya satıb.
Ancaq Hessin əsl arzusu ABŞ-da biznes qurmaq idi. 1970-ci illərin sonunda İsveçrədə işini davam etdirərək ABŞ-ın məşhur Napa vadisinə gəlir.
1978-ci ildə 700 hektar üzüm bağı alır və Hess “Collection Winery”-ni quraraq şərab biznesinə girir.
Üç il sonra gələcəyin ən uğurlu şərab şirkəti seçilir. Bu gün onun yaratdığı şirkətlər dünyanın ən məşhur şirkətlərindən biridir.
Bu gün isə hər sahədə daim uğur qazanan, dünyanın ən ağıllı iş adamı hesab edilən Hess 86 yaşında vəfat edib.
Mehin Mehmanqızı
Medianews.az