“Yuventus”un yarımmüdafiçisi Ueston Makkenni “Lids”ə keçib.
Məlumatı klubun rəsmi saytı yayıb.
24 yaşlı amerikalı futbolçu mövsümün sonuna kimi icarə əsasında “Lids”də çıxış edəcək. Bu keçid “Qoca sinyora”ya 1,2 milyon avro qazandırıb.
Qeyd edək ki, Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. 93 matçda iştirak edən futbolçu 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.