Havay adalarının səmasında anidən yaranan görüntü insanlarda təəccüb doğurub.
Medianews.az xəbər verir ki, göyüzündə qeyri-adi formada görünən işıqlar sakinlərin marağına səbəb olub.
Belə ki, müəmmalı məqam “Mauna Kea” rəsədxanasının kamerası tərəfindən qeydə alınıb. Həmin görüntüdə spiral formada fırlanan işıq səmada görünməyə başlayıb. Bir müddət sonra isə naməlum parıltı yoxa çıxıb. Sözügedən videoda fırlanan işıqların haradan peyda olduğu isə bilinmir. Bu məqam isə insanlarda olduqca böyük maraq yaradıb.
Bir müddət sonra sirli görüntünün mənşəyi ortaya çıxıb. Deyilənə görə, həmin spiral parıltılar ABŞ-lı iş adamı İlon Maskın Space X şirkəti tərəfindən eyni gündə kosmosa göndərilən peyklərdən qaynaqlanıb.
Aytac Şahin