Xalq artisti Roya Ayxan duyğulu anlar yaşayıb.
Medianews.az xəbər verir ki, müğənni öz instaqram səhifəsində paylaşım edərək etiraf edib:
“Bu videonu paylaşmaq içimdən gəldi. Bəlkə də sabah paylaşmaq istəməyəcəm. Ona görə də indi bu sözləri demək istədim. Konsert sonrası anam məni təbrik etdi. Ona dedim ki, ilk dəfə 10 yaşımda səndən Zeynəb Xanlarovanın konsertinə aparmağını xahiş etmişdim.
O, isə mənə həmin konsertə aparacağını söz vermişdi. Anamın bilet almağa pulu yox idi. Onun da imkanı ən axrıncı sıradan bilet almağa çatmışdı. Heydər Əliyev adına sarayda arxrıncı sıradan qaçaraq gəlib Zeynəb Xanlarovaya baxmışdım.
İndi anama deyirəm ki, mən 2005-ci ildən konsert verirəm. Bu günə qədər də ən axırıncı sırada oturan tamaşaçının da yanına gedirəm. Mən o günü xatırlayıram… Sənin imkanın olmadı. Mən bu gün də konsertlərimdə o yuxarı cərgələrə qaça-qaça gedirəm. Çünki mənim həmin yerdə uşaqlıq xatirələrim var. Ona görə də hər kəsə təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, unutmayın.
Harda olsanız mən ordayam. Sizi sevirəm, anamı da sevirəm, hamını sevirəm, yaxşı insanları sevirəm”.
Medianews.az