Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Rəsmi Tehranın yalanları İFŞA EDİLDİ – Terrorçu ilə bağlı YENİ DETALLAR

XƏYALƏ
31/01/2023 13:29
425
BAXIŞ
FacebookTwitterTelegram

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Musavat.com-a istinadən xəbər veririk ki, İrana müxalif olan “Gooya News” saytı bu məsələdə rəsmi Tehranın mövqeyini ifşa edən yazı dərc edib.

1102107.jpg (55 KB)

Məqalədə Tehran polisinin terrorçuya mane olmadığı və hücuma şərait yaratdığı qeyd olunub:

“Tehran polis rəisi, general Hüseyn Rəhimi iddia edib ki, hücum edən şəxs iki azyaşlı uşağının müşayiəti ilə səfirlik binasına daxil olub və “İran polis qüvvələrinin təcili reaksiyasından” sonra həbs edilib. Səfirliyin təhlükəsizlik kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda avtomobildə təcavüzkardan başqa heç bir sərnişinin olmadığı aydın görünür. Bu, Tehran polis rəisinin ilk yalanıdır.

Tehran polis rəisinin ikinci yalanı İran polis qüvvələrinin dərhal reaksiyasıdır. Bu açıqlamalara cavab olaraq Azərbaycan səfirliyi tərəfindən silahlı şəxsin hücumu ilə bağlı üç video yayımlanıb ki, bu da general Rəhiminin hekayəsinin qeyri-dəqiqliyini açıq şəkildə göstərir”.

Sayt yazır ki, Rəhiminin açıqlamalarının əksinə olaraq, Tehran polis qüvvələrinin və təhlükəsizlik əməkdaşlarının “dərhal reaksiyası”ndan əsər-əlamət yoxdur:

63d39ccc721ff63d39ccc72200167481262063d39ccc721fd63d39ccc721fe.jpg (184 KB)

“Əksinə, polis uzun müddət sonra gəlir və səfirlik səlahiyyətlilərini axtardıqdan, yaralılar üçün təcili yardım çağırıldıqdan sonra hadisə yerinə yeni qüvvələr göndərilir”.

Məqalədə qeyd olunub ki, İran mediasının təcavüzkarın övladı adlandırdığı gənc qız açıq-aydın anasının səfirlikdə deyil və Azərbaycanda olduğunu və onunla telefonla danışığını deyir.

“Gooya News” saytı terrorçu Yasin Hüseynzadə ilə bağlı diqqətçəkən məlumatlara da yer verib.

Yasin Hüseynzadə kimdir?

02 (1).jpg (32 KB)

Sayt terrorçunun SEPAH ilə əlaqəsinə xüsusi yer verib:

“1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. İllərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyıb, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub”.

“Gooya News”-un məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır:

“Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyaların yatırılmasında iştirak etdiyi barədə məlumatlar var”.

01 (1).jpg (51 KB)

Məqalədə qeyd olunub ki, terrorçunun həyat yoldaşı haqqında çox məlumat yoxdur.

Zəngan polisinin anbarında olan”Kalaşnikov” silahı Yasin Hüseynzadəyə necə çatıb?

22.jpg (72 KB)

“Gooya News” yazır ki, bu, təbii ki, İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır. 

Səfirliyimizə basqında istifadə edilən silah bir neçə il öncə Loristan bölgəsində cinayətdə ələ keçirilib, daha sonra bu silah maddi sübut qismində Zəngan (Zəncan) polisinə saxlanmağa verilib. Belə olduğu halda, Zəngan polisinin anbarında saxlanan avtomat silah hansı yollarla Yasin Hüseynzadənin əlinə keçib?

Hadisənin terror aktı olduğunu xüsusilə vurğulayan İran saytı təcavüzkarın keçmişdə SEPAH ilə əməkdaşlığını və Bəsic qüvvələri ilə hələ də əlaqə saxladığını bir daha xatırladaraq əməliyyatın “dəqiq və layihələndirilmiş əməliyyat” olduğunu yazıb.

“İran təhlükəsizlik orqanları bu şəxsin ailədaxili münaqişələri ilə Azərbaycan Respublikasının səfirliyinə edilən hücuma pərdə çəkir”.

Tags: İrandakı səfirliyə terror hücumuRəsmi Tehranın yalanları

DAHA ÇOX OXU

Cəmiyyət

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 19:45
Cəmiyyət

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39
Cəmiyyət

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30
Cəmiyyət

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15
Cəmiyyət

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00
Cəmiyyət

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45
SON XƏBƏR

Ötən il Türkiyədə 10.500 əsər aşkar edilib

Azərbaycanda dollar bahalaşacaq?- AÇIQLAMA

DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ

Xəbər lenti

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 19:45

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO

22/03/2023 17:00

Ata Sumqayıtda kar və kor övladlarına görün nə etdi – Ana şikayətçi oldu

22/03/2023 16:47

“Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməz” – Şəbnəm Tovuzlu

22/03/2023 16:35

Heydər Əliyevin sürücüsü 33 il sonra danışdı – İlk görüşümüzdə…

22/03/2023 16:23

2 uşaq anasının QANLI SEVGİ MACƏRASI: “Pəncərədən baxdım çarpayıya söykənib…”

22/03/2023 16:10

Xoşqədəm Doğuşa ƏSƏBİLƏŞDİ: “Bu, nə sözdür deyirsən?”

22/03/2023 15:57

Dollar çökəcək, pul yığmaq istəyənlər… – Məşhur iqtisadçıdan ÇAĞIRIŞ

22/03/2023 15:45

“Sürücü hərəkətdə ola-ola mənə intim əlaqə təklif etdi…” – Bakıdakı hadisənin TƏFƏRRÜATLARI

22/03/2023 15:33

Bakıda gecə klubunda kütləvi dava: Pərvin Abıyevaya və işdən qovulan polis sevgilisi də orada olub – VİDEO

22/03/2023 15:28

Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi – FOTO

22/03/2023 15:25

İdarəetməni itirən sürücü avtomobili divara çırpdı – VİDEO

22/03/2023 15:05

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.