Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

​“Qarabağ”ın bu il avrokuboklardan qazandığı ŞOK MƏBLƏĞ

TURAN
31/01/2023 15:40
455
BAXIŞ
FacebookTwitterTelegram

“Qarabağ”ın 2022/2023 avrokubok mövsümündə indiyə qədər əldə etdiyi gəlir müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, Azərbaycan çempionu bu mövsüm büdcəsinə 12 milyon 940 min 813 avro qazandırıb.

Bu, UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasındakı (KL) iştirakın cəminə görə UEFA-dan alınan məbləğdir.

ÇL-də pley-offa qədər irəliləyən Qurban Qurbanovun kollektivinin üç rəqibi qabaqlamasının mükafatı 5 milyon avro olub.

Ağdamlılar ÇL-də qrupa yüksələ bilməsələr də, mübarizəni AL-in qrupunda davam etdiriblər. Həm turnirdə iştirak, həm də qrupdakı 2 qələbə, 2 heç-heçə “Qarabağ”ın daha 7 milyon 640 min 813 avro gəlir götürməsinə səbəb olub. Yer aldığı G qrupunda 3-cü yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə yollanan Premyer Liqanın lideri qitənin üçüncü dərəcəli turnirindəki iştiraka görə daha 300 min avro qazanıb.

“Qarabağ” mövsümün hazırkı dönəminə qədər UEFA-dan ən çox gəlir götürən 35-ci klubdur. Azərbaycan təmsilçisi hətta “Mançester Yunayted”, “Vest Hem” (hər ikisi İngiltərə), “Betis”, “Real Sosyedad”, “Vilyarreal” (hamısı İspaniya), “Roma”, “Latsio”, “Fiorentina” (hamısı İtaliya), “Monako” (Fransa) kimi “böyük beşlik” ölkələrinin tanınmış klublarını da üstələyir.

Həmçinin, bu mövsüm avrokuboklarda Türkiyəni təmsil edən komandalar da “Qarabağ”dan geri qalırlar. Son Türkiyə çempionu “Trabzonspor” qitənin 39-cusu (12 milyon 136 min 813), “Fənərbağça” 41-cisi (11 milyon 944 min 813), “Başakşehir” 61-cisi (7 milyon 732 min 803), “Sivasspor” 67-cisi (6 milyon 828 min 852), “Konyaspor” isə 148-cisidir (750 min).

“Qarabağ”ın bu mövsüm avrokuboklarda üz-üzə gəldiyi 7 rəqibdən yalnız Çexiya təmsilçisi “Viktoriya” daha çox gəlir əldə edib. Ağdamlıları Çempionlar Liqasının pley-offunda məğlub edən plzenlilərin ümumi qazancları 19 milyon 51 min 625 avrodur. Hətta Konfrans Liqasının pley-off mərhələsindəki rəqib Belçika “Gent”i (6 milyon 312 min 901) də cədvəldə Azərbaycan klubuna aşağıdan yuxarı baxır.

“Qarabağ” MDB ölkələrinin klubları arasında sıralamada ikinci yerdədir. Azərbaycan çempionu yalnız Ukrayna “Şaxtyor”undan geri qalır. Donetsklilərin ümumi gəliri 42 milyon 426 min 106 avroya bərabərdir.

2022/2023 mövsümündə avrokuboklarda mübarizə aparan Azərbaycanın digər klublarının qazancları da məlumdur. Konfrans Liqasında cəmi bir mərhələ adlamağı bacaran “Neftçi” 750 min avro gəlirlə Avropanın 233 klubu arasında 150-ci pillədə qərarlaşıb. Bu turnirdə ilk rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Zirə” və “Qəbələ” isə hərəyə 450 min avro qazanmaqla kifayətləniblər. Onlar 178-203-cü sıralarda yer alan klublarla eyni məbləğdə qazanc götürüblər.

Siyahıya Almaniya nəhəngi “Bavariya” başçılıq edir. Çempionlar Liqasının qrupunda keçirdiyi 6 matçın hamısında qalib gələn münhenlilər büdcələrini 78 milyon 664 min 508 avro ilə zənginləşdiriblər. İspaniya “Real”ı (74 milyon 672 min 547) və İngiltərə “Çelsi”si (70 milyon 124 min 547) müvafiq olaraq 2-3-cü yerləri tuturlar. Onları PSJ (Fransa – 68 milyon 780 min 547) və “Liverpul” (İngiltərə – 67 milyon 676 min 28) izləyirlər.

Azərbaycanın 4 klubu bu mövsüm avrokuboklardakı iştiraka görə ümumilikdə 14 milyon 590 min 813 avro qazanc götürüblər. Bu, Azərbaycanın UEFA-ya üzv 54 ölkə arasında 21-ci yerdə qərarlaşmasına gətirib çıxarıb. MDB ölkələrindən yalnız Ukrayna UEFA-nı daha çox ödənişə vadar edib. Adıçəkilən ölkə klublarının 62 milyon 279 min 271 avroluq qazancı ilə qitənin 9-cusudur. Türkiyə isə 13-cü (39 milyon 393 min 281) pillədə yer alıb.

Klubları ən çox qazanc götürən ölkə İngiltərədir. “Dumanlı Albion” təmsilçilərinin ümumi gəliri 295 milyon 275 min 519 avroya bərabərdir. Almaniya (295 milyon 161 min 841) 2-ci, İspaniya (262 milyon 113 min 274) 3-cü, İtaliya (239 milyon 378 min 197) 4-cü, Portuqaliya (169 milyon 857 min 493) isə 5-cidir. Klubları 100 milyondan çox pul qazanan digər ölkə isə Fransadır (129 milyon 399 min 973).

DAHA ÇOX OXU

1-MANŞET

Taksi sürücüsünün əxlaqsız HƏRƏKƏTİ KAMERALARDA – VİDEO

26/03/2023 09:25
1-MANŞET

Bu şəxs Ələtdə HƏBS EDİLDİ – YENİLƏNİB

26/03/2023 09:12
1-MANŞET

Bu ölkənin prezidenti Çinə səfərini TƏXİRƏ SALDI – SƏBƏB

26/03/2023 09:03
1-MANŞET

Azərbaycanda ŞOK OLAY: Bu şəxs pulemyot satmaq İSTƏYİRMİŞ

26/03/2023 08:50
1-MANŞET

İftardan sonra bunu qətiyyən etməyin – İNFARKT OLA BİLƏRSİNİZ

26/03/2023 08:32
1-MANŞET

Uşaqlarda olan bu problemə DİQQƏT – Nəfəs alması çətinləşir…

26/03/2023 08:12
SON XƏBƏR

Yaşar Yusub Ajda Pekkanla eyni səhnədə – Video

Müğənni Nəfəsdən ŞOK AÇIQLAMA: "Əgər xanım tək yaşayırsa..." - VİDEO

Dəhşətli cinayətin təfərrüatı: "WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

Xəbər lenti

Taksi sürücüsünün əxlaqsız HƏRƏKƏTİ KAMERALARDA – VİDEO

26/03/2023 09:25

Bu şəxs Ələtdə HƏBS EDİLDİ – YENİLƏNİB

26/03/2023 09:12

Bu ölkənin prezidenti Çinə səfərini TƏXİRƏ SALDI – SƏBƏB

26/03/2023 09:03

Azərbaycanda ŞOK OLAY: Bu şəxs pulemyot satmaq İSTƏYİRMİŞ

26/03/2023 08:50

İftardan sonra bunu qətiyyən etməyin – İNFARKT OLA BİLƏRSİNİZ

26/03/2023 08:32

Uşaqlarda olan bu problemə DİQQƏT – Nəfəs alması çətinləşir…

26/03/2023 08:12

“Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq – MATÇIN DETALLARI

26/03/2023 08:01

Tanınmış müğənni belə döyüldü – ANBAAN VİDEO

26/03/2023 07:44

Aygün Bəylər GÖZYAŞI TÖKDÜ – VİDEO

26/03/2023 07:37

Bu gün ulduzlar sizin üçün bunları deyir – QOROSKOP

26/03/2023 07:29

Bu xəbərə baxmadan avtomobil almayın!

26/03/2023 07:20

Selena və Heyli bir-birilərini izləməyə başladı

26/03/2023 07:07

“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR

26/03/2023 07:05

Karyerasına görə 5 illik sevgi bitdi

26/03/2023 06:50

Finlandiya tezliklə NATO-ya üzv olacaq

26/03/2023 06:33

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ – VİDEO

26/03/2023 06:17

Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ? – VİDEO

26/03/2023 05:55

Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”

26/03/2023 05:14

Rusiya bu ölkədə nüvə silahı yerləşdirir – PUTİNDƏN GÖZLƏNİLMƏZ ADDIM

26/03/2023 01:34

Türkiyə Ermənistanı məğlub etdi

25/03/2023 23:45

“Məni quyunun dibindən çıxartdın, indi isə sən…”

25/03/2023 23:31

Yol polisindən uzaq yola çıxan sürücülərə müraciət (VİDEO)

25/03/2023 23:14

Türkiyə millisi İrəvanda Ermənistanı udur – CANLI

25/03/2023 22:49

Murad “OD PÜSKÜRDÜ”: “Siz necə həyasız adamlarsınız?!” – FOTO

25/03/2023 22:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.