Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Politoloq Xoy vilayətində çarəsiz qalan azərbaycanlılardan DANIŞDI: “İranın olmayan mərhəməti …”

TURAN
31/01/2023 19:36
136
BAXIŞ
FacebookTwitterTelegram

“Minlərlə insanın aqibəti İranın olmayan mərhəmətinin ümidinə buraxılmamalıdır”

Yanvar 29-u İranın Xoy vilayətində baş verən zəlzələ nəticəsində evləri dağılan soydaşlarımız acınacaqlı vəziyyətdədir.

İran tərəfi isə laqeyd qalaraq yenə də düşmən mövqeyini göstərməkdə davam edir.

Məsələ ilə bağlı Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, zəlzələ olan yerlərdə təcili atılmalı olan addımlar var:

“Dağıntılar arasından insanların çıxarılması, onların isti geyim və qida ilə təmin olunması, ən əsas onların təhlükəsiz yerlərə daşınmasını təmin etmək üçün müvəqqəti sığınacaqlara yerləşdirilməsi atılmamlı olan ən vacib humanitar addımlardandır.

Çox təəssüf ki, İran hakimiyyəti isə heç bir addım atmayıb, yardım göstərməyib, əksinə dəstək tələb edən çarəsiz insanlara qarşı zor tətbiq edib, onları su şırnağı ilə qovub.

İstər yerli, istər mərkəzi hakimiyyətin laqeyd münasibəti daha da pis fəlakatlərə səbəb olur.

Ümumi praktika belədir ki, təcili, zəruri ləvazimatların çatdırılmasını təmin edən qərargah yaradılmalı idi.
Butün bunlar İran hökümətinin üzərinə düşən vəzifəsi, onların məsuliyyəti idi”.

Politoloq bildirib ki, nə yerli, nə də mərkəzi hakimiyyət üzərinə düşən öhdəlikləri yerinə yetirmir:

Hər hansı bir bölgədə zəlzələ olduğu zamanlarda beynəlxalq təşkilatlarların da atmalı olduğu addımlar var.
Bu hallarda BMT və digər humanitar təşkilatlar var ki, onların nümayəndəlikləri zəlzələ baş verdiyi ərazilərə ezam olunurlar. Zərər görmüş əhalinin müdafiəsinin davamlı təşkili üçün əllərindən gələn köməyi göstərirlər.
Çox təəssüf ki, İran hakimiyyəti kənardan edilən bu köməyi də qəbul etmir. Belə olan halda, təcili atılmalı olan addımlar var.

Onlardan biri də BMT səviyyəsində İran hökümətinin zəlzələdə əziyyət çəkən vətəndaşların konstitusion haqqı olan, lazimi və zəruri yardımın təmin edilməsi ilə bağlı çağırış edilməlidir.

Zəlzələ yerindən çəkilən videogörüntülərdən aydın olur ki, zəlzələyə məruz qalmış insanlar çox acınacaqlı vəziyyətdədirlər. Psixoloji zədələr alıblar, şok içindədirlər. İranın addımları isə onları müdafiə etmək təşəbbüslərindən kənar, laqeyid münasibətdir. Ona görə də beynəlxalq humanitar təşkilatlar İranda zəlzələdən əziyyət çəkən şəxslərin müdafiəsi yönündə bir sıra addımlar atmalıdır.

İran hakimiyyətinin indiki davranışı, etnik azərbaycanlılara göstərdikləri həmişəki repressiv davranışın növbəti nümayişidir.

İran bu münasinəti etirazlarda aydın göstərib, etirazlarda ən çox öldürülənlər azərbaycanlılardır.

Baxmayaraq ki, etirazlar ölkənin hər yerində keçirilir, ən çox güc və təhlükəsizlik qüvvələri olaraq azərbaycanlılar yaşayan ərazilərə toplaşıb. Etirazlarda ən çox həbs olunanlar da azərbaycanlılardır.
İranın zəlzələdən əziyyət çəkən öz vətəndaşlarına münasibətdə etnik ayrıseçkilik tətbiq etməsi, sərt qınanmalı və minlərlə insanın aqibəti İranın olmayan mərhəmətinin ümidinə buraxılmamalıdır.

BMT səviyyəsində İran hökümətinin zəlzələdə əziyyət çəkən vətəndaşların konstitusion haqqlarına hörmət etməyə, onları lazimi zəruri yardımın təmin edilməsi ilə bağlı çağırış edilməlidir.

Medianews.az

DAHA ÇOX OXU

export

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24
export

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13
Cəmiyyət

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30
Cəmiyyət

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15
1-MANŞET

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23
Cəmiyyət

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30
SON XƏBƏR

Əməliyyat keçirilən “Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

Azərbaycanın ilk pullu yolunun görüntüləri - FOTO

Avropada gecikən qış müharibəyə necə təsir edib?

Xəbər lenti

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.