Özbəkistanda səhraya güclü qar yağıb.
Medianews.az xəbər verir ki, hər yerin ağ örpəyə büründüyü səhradan çəkilən görüntülər sosial mediada böyük marağa səbəb olub.
Görüntülərdə dəvələrin yaşadığı çaşqınlıq sosial mediada gündəm yaradıb. Qarla ilk dəfə qarşılaşan dəvələrin maraqlı görüntüləri izləyənlərin gülüşünə səbəb olub.
Medianews.az