Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

TURAN
31/01/2023 14:50
142
BAXIŞ
FacebookTwitterTelegram

“Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında deyilir. Qeyd olunub ki, ölkədə ixtisaslı həkimlərin bölgələr üzrə qeyri-bərabər paylanması problemi var:

“Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3.2 təşkil edir. Belə ki, bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən Avropa Birliyi ölkələrində 3.9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3.6 təşkil edir”.

Bu göstəricilər göstərir ki, Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Problem həkimlərin bölgələr üzrə bərabər paylanmamasındadır. Bu gün bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə xəstəxana, tibb məntəqələri yoxdur və səhhəti ilə bağlı problemlə üzləşən vətəndaşlar rayon mərkəzindəki xəstəxanaya, yaxud paytaxta üz tutmalı olurlar.

Həkimlər çalışmaq üçün bölgələrə niyə getmir, problemi təyinatın bərpası ilə həll etmək olarmı?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Azərbaycan Tibb Universitetini bitirən məzunları Bakıda və Sumqayıtdakı xəstəxanalarda yerləşdirmək mümkün deyil:

“Çünki həm bizim öz həkimlərimiz, həm də xarici ölkələrdən dəvət edilən həkimlər var və belə bir şəraitdə onların hamısının Bakıda fəaliyyətini təmin etmək mümkün deyil. Digər tərəfdən isə regionlarda həkim çatışmazlığı problemi var. Ancaq ölkə başçısı tərəfindən “Regionların sosial-iqtisadi inkişafı” ilə bağlı Dövlət Proqramı təsdiqlənib. Regionları inkişaf etdirdikdə biz əsas diqqəti yönəldirik ki, yollar çəkilsin, parklar salınsın, digər infrastruktur qurulsun. Ancaq regionlarda da təhsili, səhiyyəni inkişaf etdirmək lazımdır. Mən də bölgələrdə oluram. Məsələn, şimal bölgəsində elə 1000-2000 nəfərlik kənd var ki, adi aptek yoxdur. Kiminsə adi qızdırması qalxsa, aptekdən bir dərman almaq üçün 30-40 km qət edib rayon mərkəzinə getməlidir. Hətta tibb məntəqəsi də yoxdur. Ona görə də bizdə ifrat dərəcədə urbanizasiya var, şəhərlərə axın yaranır, bu, ayrı-ayrı kəndlərin sıradan çıxmasına gətirib çıxarır. Kəndi saxlayan onun məktəbi, xəstəxanası, klubu, kitabxanasıdır. Sovet dövründə bizim kəndlərdə hər şey vardı. Məsələn, mənim çalışdığım kəndin məktəbi, kitabxanası, klubu, xəstəxanası da vardı. İndi bunlar yoxdur. Kəndə kimsə çarəsiz şəkildə çalışmağa gedirsə, 1 ay çalışır, yerdəyişmə üçün qayıdıb gəlir. Çünki həmin ərazidə sosial şərait yoxdur”.

Ekspert deyir ki, kənddə yaşayan əhalinin də sağlamlığı önəmlidir:

“Bu sahədə mövcud problemin iki həll yolunu görürəm. Birincisi odur ki, əməkhaqqının maksimum artırılması kimi stimullaşdırıcı tədbirlərlə həkimləri regionlara cəlb etmək olar. İkincisi isə təyinat yolu ilə bu problemi həll etmək mümkündür. Biz təyinat mərhələsini keçən adamlarıq və yaşlı, orta nəsil bu barədə məlumatlıdır. Təyinat da hərbi xidmət kimi bir sahə idi. Çünki təhsil, səhiyyə prioritet sahələrdir. Nəyə görə həkimlər, müəllimlər təyinatla işləməyə göndərilməsin? Onlar təyinatla getməli və işləməlidir. Təyinat müddəti başa çatdıqdan sonra müvafiq işlə təmin oluna bilərlər. Bu gün həkimin çalışması üçün hansısa kənddə bir tibb məntəqəsi tikmək nə böyük işdir? Biz hazırda ayrı-ayrı sahələrə yüksək məbləğdə vəsait ayırırıq.

Azərbaycan Tibb Universitetinin 2 min məzunu olur, ölkədə həkimlərdən ibarət işsizlik ordusu yaranır. Bir bölgədə tibb məntəqəsi yoxdursa, həkim gedib orada nə etməlidir? Mən demirəm ki, bu gün bütün kəndləri aptek, tibb məntəqəsi ilə təmin edək. Ancaq məsafə məsələsi də var. Məsələn, şimal bölgəsində Xudatdan Nabrana qədər 50- dən artıq kənd var. Orada adi bir dərman almaq üçün kənddən Xudata getməlidirlər. Digər bölgələrdə də belədir. Ona görə də ya təyinat bərpa olunmalı, ya da stimullaşdırıcı tədbirlərlə həkimləri kəndə cəlb etmək olar”.

DAHA ÇOX OXU

1-MANŞET

Rusiya ordusunda itkilər DƏHŞƏTLİ RƏQƏMƏ ÇATDI

26/03/2023 09:59
1-MANŞET

Erməni mediasında AĞLAŞMA: Azərbaycan Ordusu..

26/03/2023 09:41
1-MANŞET

Əhaliyə ciddi XƏBƏRDARLIQ: 3 gün… – VİDEO

26/03/2023 09:33
1-MANŞET

Taksi sürücüsünün əxlaqsız HƏRƏKƏTİ KAMERALARDA – VİDEO

26/03/2023 09:25
1-MANŞET

Bu şəxs Ələtdə HƏBS EDİLDİ – YENİLƏNİB

26/03/2023 09:12
1-MANŞET

Bu ölkənin prezidenti Çinə səfərini TƏXİRƏ SALDI – SƏBƏB

26/03/2023 09:03
SON XƏBƏR

"Qarabağ"ın yeni transferi "Gent"lə oyunda iştirak edə bilməyəcək - SƏBƏB

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Xəbər lenti

Rusiya ordusunda itkilər DƏHŞƏTLİ RƏQƏMƏ ÇATDI

26/03/2023 09:59

Erməni mediasında AĞLAŞMA: Azərbaycan Ordusu..

26/03/2023 09:41

Əhaliyə ciddi XƏBƏRDARLIQ: 3 gün… – VİDEO

26/03/2023 09:33

Taksi sürücüsünün əxlaqsız HƏRƏKƏTİ KAMERALARDA – VİDEO

26/03/2023 09:25

Bu şəxs Ələtdə HƏBS EDİLDİ – YENİLƏNİB

26/03/2023 09:12

Bu ölkənin prezidenti Çinə səfərini TƏXİRƏ SALDI – SƏBƏB

26/03/2023 09:03

Azərbaycanda ŞOK OLAY: Bu şəxs pulemyot satmaq İSTƏYİRMİŞ

26/03/2023 08:50

İftardan sonra bunu qətiyyən etməyin – İNFARKT OLA BİLƏRSİNİZ

26/03/2023 08:32

Uşaqlarda olan bu problemə DİQQƏT – Nəfəs alması çətinləşir…

26/03/2023 08:12

“Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq – MATÇIN DETALLARI

26/03/2023 08:01

Tanınmış müğənni belə döyüldü – ANBAAN VİDEO

26/03/2023 07:44

Aygün Bəylər GÖZYAŞI TÖKDÜ – VİDEO

26/03/2023 07:37

Bu gün ulduzlar sizin üçün bunları deyir – QOROSKOP

26/03/2023 07:29

Bu xəbərə baxmadan avtomobil almayın!

26/03/2023 07:20

Selena və Heyli bir-birilərini izləməyə başladı

26/03/2023 07:07

“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR

26/03/2023 07:05

Karyerasına görə 5 illik sevgi bitdi

26/03/2023 06:50

Finlandiya tezliklə NATO-ya üzv olacaq

26/03/2023 06:33

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ – VİDEO

26/03/2023 06:17

Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ? – VİDEO

26/03/2023 05:55

Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”

26/03/2023 05:14

Rusiya bu ölkədə nüvə silahı yerləşdirir – PUTİNDƏN GÖZLƏNİLMƏZ ADDIM

26/03/2023 01:34

Türkiyə Ermənistanı məğlub etdi

25/03/2023 23:45

“Məni quyunun dibindən çıxartdın, indi isə sən…”

25/03/2023 23:31

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.