Türkiyənin Çankırı vilayətində kəndə enən canavarlar küçədə gördükləri inəyi öldürüblər.
Medianews.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Əldə edilən məlumata görə, kəndə enən canavarlar küçədə gördükləri inəyi bir müddət qovduqdan sonra onu parçalayıblar. İnək vətəndaşlar tərəfindən məhəllə kənarındakı tarlada ölü tapılıb. Məhəllədəki təhlükəsizlik kamerası görüntülərini araşdıran vətəndaşlar inəyin canavar tərəfindən öldürüldüyünü görüblər.
Medianews.az