Türkiyədə 22 yaşlı yeniyetmənin cansız bədəni ağacdan asılmış vəziyyətdə tapılıb.
Medianews.az xəbər verir ki, həyatını itirən gəncin sosial media hesabındakı son paylaşımı isə hər kəsi kövrəldib.
“Mən pis insan deyiləm, yalnız susmağı bilirəm”,-deyə ölən gəncin son paylaşımında qeyd olunub.
Sözügedən dəhşətli hadisə Türkiyənin Zonguldak vilayətində baş verib.
Qeyd edək ki, hadisə yerinə gələn təcili yardım işçiləri gəncin öldüyünü müəyyən ediblər. Türkiyə Respublika Prokuroru hadisə yerinə gəldikdən sonra 22 yaşlı Musa Kirenin meyiti Çaycuma Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az