Pakistanın Hayber Paxtunxva əyalətində günorta namazı vaxtı məscidə terror aktı baş verib.
Medianews.az xəbər verir ki, Milli medianın məlumatına görə hadisə nəticəsində azı 28 nəfər həlak olub.
Xəstəxanadan verilən məlumata görə hadisə zamanı yaralananlardan 10-15-nin vəziyyəti ağır olaraq qalır.
Partlayış nəticəsində ətrafdakı tikililərə və maşınlara, eləcə də məscidə ziyan dəyib.
Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Mehin Mehmanqızı
Medianews.az