ABŞ-da adı açıqlanmayan məktəbdə baş verən hadisə ölkə mətbuatında geniş əks-səda doğurub.
Medianews.az xəbər verir ki, şagirdlə müəllimi arasında başlayan dava sinifdəki digər şagirdlərin telefonu ilə lentə alınıb və sosial mediada yayılıb.
Görüntülər qısa zamanda sosial mediada gündəm olub.
Şagird müəlliminin saçını dartmağa başlayandan sonra ikisi bir-birini itələməyə başlayıb. Müvazinətini itirən müəllim özünü yerə yıxılıb. Yerə yıxılarkən zərbənin təsirindən dizini sındıran müəllim təcili müdaxilə üçün xəstəxanaya aparılıb.
Medianews.az