Özbəkistanda partlayış baş verib .
Medianews.az xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin verdiğiyi məlumata görə, Nukus şəhərində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində təbii qaz partlayışa səbəb olub.
Partlayış nəticəsində binadaki bütün mənzillərə ciddi ziyan dəyib. Hadisə yerinə gələn xilasetmə qrupları 5 nəfərin cansız cəsədlərini aşkar ediblər.
Partlayış nəticəsində yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirib.
Qruplar dağıntılar altından 5 yaşlı uşağı da xilas ediblər.
Mehin Mehmanqızı
Medianews.az