“Rusiya sanksiyalarin təzyiqi fonunda tədricən yeni reallıqlara uyğunlaşır, xarici iqtisadi fəaliyyətin əsas vəzifələri həll olunur”- bunu Sergey Lavrov deyib.
Medianews.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Naziri bildirib ki, bu münasibətlərin pozulmasının nəticələrinin aradan qaldırılması prosesi, eləcə də bizə dost olmayan ölkələrin apardığı anti-Rusiya sanksiya müharibəsi davam edir.
Lavrov vurğulayıb ki, Rusiya öz nüfuzuna dəyər verən ölkələrlə qarşılıqlı fəaliyyət üçün strateji çərçivə qurur:
“Ümumiyyətlə, Rusiya tədricən yeni reallıqlara uyğunlaşır. Mövcud çətinliklərə baxmayaraq, xarici iqtisadi dövrə üzrə əsas vəzifələr bu və ya digər şəkildə öz həllini tapır”.
Bundan əlavə, Lavrov bildirib ki, Rusiya Polşa və Baltikyanı ölkələrlə münasibətlərin kəsilməsinin tərəfdarı deyil, lakin bu ölkələrin “rusofob qəzəb” zamanı başqa qərarların verəcəyini də istisna etmir.
Mehin Mehmanqızı
Medianews.az