Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

TURAN
30/01/2023 18:49
729
BAXIŞ
FacebookTwitterTelegram

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN ) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla hakimin arasında mübahisə ilə başlayıb. Hakim vəkili prosesə gecikməkdə ittiham etsə də, sonuncu vaxtında məhkəməyə gəldiyini qeyd edib.

Daha sonra hakim Mövlam Şıxəliyevin poçt vasitəsi ilə məhkəməyə iki vəsatətini təqdim olunduğu bildirilib. İlqar Murğuzov deyib ki, hər iki vəsatət törədilən əmələ hüquqi qiymət verilməsi ilə bağlıdır. Hakim qeyd edib ki, hər iki vəsatətdə göstərilənlərə yekunda qiymət veriləcək.

Daha sonra çıxış edən Mövlam Şıxəliyev bildirib ki, xüsusi xidmət orqanlarında 36 il xidməti olub. Onun sözlərinə görə, 2015-ci ildən 2021-ci ilə qədər olan müddət ərizində onun barəsində cinayət tərkibi müəyyən edilməyib:

“Amma 2021-ci ildə barəmdə cinayət işi başlanılıb. Bu cinayət işinin başlanılması üçün mötəbər, qeyri-mötəbər sübutlar təqdim olunmayıb. Mənimlə bağlı Baş prokuror Kamran Əliyevə, baş prokurorun 1-ci müavini Elçin Məmmədova yalan, təhrif edilmiş məlumatlar məruzə edilib. Bu yanlış məlumatların əsasında da barəmdə cinayət işi başlanıb və bu işdə məhkəməyə göndərilib. Məhkəmə prosesində də prokuror cinayət işi ilə bağlı bir mötəbət sübut təqdim etmədi. Yalnız müstəntiqlərə göstəriş verməklə bu cinayətləri törətdiyimi qeyd ediblər. Mən Müdafiə Nazirliyinin işçisi və yaxud da komandir deyiləm ki, kiməsə göstəriş verəm. Heç bir müstəntiqə göstəriş vermək, onların işinə qarşımaq kimi bir səlahiyyətim olmayıb. Vəzifəm yalnız işlərin daxil olmasının dəqiqliyini aparmaq, bölgülər aparmaqdan ibarət olub. Həmçinin süründürməçiliyə yol verilməməsi, işlərin vaxtında müvafiq qurumlara təqdim edilməsinə nəzarət etmək olub”.

Mövlam Şıxəliyev qeyd edib ki, müstəntiqlərə icraatında olan işlərlə bağlı göstəriş verməsi barədə yazılan ittiham da düzgün deyil:
“Mən müstəntiqlərə göstəriş verməmişəm. Bütün müzakirələr Baş Prokurorluqda aparılıb, orada da yekun nəticəyə gəlinib. Yalnız sonda müstəntiqlər mənə məruzə ediblər ki, bu işlərlə bağlı belə tədbirlər görülüb. Heç bir işdə iştirak etməmişəm. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev prokurorluğun yazdığı ittihamı təsdiq edib. Bu gün məhkəmələrdə bir çox hüquqi islahatlar aparılır. Mən də bu islahatlara inanaraq şikayət etmişəm. Ümid edirəm ki, barəmdə ədalətli qərar qəbul ediləcək. Çünki mən təqsirsizəm”.

Zərərçəkmiş Hüseyn Səfərovla bağlı epizoda toxunan Mövlam Şıxəliyev deyib ki, ondan ov tüfəngi istəməsi və alması barədə yazılanlar düzgün deyil:

“Hüseyn Səfərov deyir ki, həmin silahlı Vüsal Ələkbərova verib. Bunu Hüseyn Səfərovun özü indi də deyə bilər. Vüsal Ələkbərov da bu epizodu 2015-ci ildə mühakimə olunan zaman etiraf edib və deyib ki, Hüseyn Səfərovun verdiyi ov silahı ondadır, evində saxlayır. Bundan başqa, ittiham verilib ki, 2008-ci ildə ondan “Vertu” mobil telefon almışam. Birinci bu hədiyyə olub. Hədiyyədə nə vaxtdan rüşvət hesab edilir? Bu hal 2010-cu ildə olub. Bütün bunları da məhkəməyə təqdim etmişəm. Barəmdə cinayət işinin başlanılması ilə bağlı mötəbət sübutlar bundan ibarətdir. Prokuror Vüsal Mehrəliyev bir mötəbər sübuta istinad etməyib. Bu iş üzrə ümumilikdə 32 epizod var. Bu epizodlar üzrə heç bir sübut yoxdur. Hakim də bildirdi ki, işdə mötəbət sübut yoxdur, bunu məruzə edəcəm. Amma sonda bəraətlik olan iş üzrə ittihamedici hökm çıxarıldı. Bu insan taleyidir. Belə biganə yanaşmaq olmaz. Mən bu dövlət üçün şərəfimlə xidmət etmişəm”.

Mövlam Şıxəliyevin sözlərinə görə, iş üzrə zərərçəkmiş şəxslərdən 21 nəfəri ifadəsində onu tanımadığını qeyd edib:

“Belə görünür ki, mənə 5 mərtəbəli ittiham verilib. Belə ittiham olar? Zərərçəkmişlərdən biri Rauf Həsənov Sübahir Qurbanov və Füzuli Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Həmin iş üzrə də ittihamedici hökm çıxarılıb və bu şəxs Füzuli Məmmədovdan şikayətçi olub. 2021-ci ilə kimi də bu şəxs mənim adımı çəkməyib. Necə olubsa, 2021-ci ildə bu şəxsində adı mənim işimə əlavə olub. Rauf Həsənov da məhkəmədə deyib ki, məni tanımır. Onun şikayəti Füzuli Məmmədovla bağlı olub. Həmin iş üzrə də Füzuli Məmmədov cəzalandırılıb. Füzuli Məmmədov da ayrı idarənin işçisi olub”.

Mövlam Şəxəliyev qeyd edib ki, Zakir Qaralov və Eldar Mahmudov ona heç bir göstəriş verməyib. O iddia edib ki, zərərçəkmiş Namil Rzayevin onunla yaşadıqları binanın blokunda görüşməsi, ondan pul alması barədə dedikləri həqiqət deyil. Bildirib ki, onun Namil Rzayevlə yaxın münasibəti olmayıb və onların evləri arasında olan məsafə ilə bağlı məhkəməyə sübutlar təqdim edib.

Növbəti proses fevralın 6-da davam edəcək.

DAHA ÇOX OXU

export

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24
export

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13
Cəmiyyət

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30
Cəmiyyət

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15
1-MANŞET

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23
Cəmiyyət

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30
SON XƏBƏR

Polşadan iddialı NATO bəyanatı

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

Xəbər lenti

Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI

22/03/2023 22:24

Dilarədən ürək dağlayan sözlər – VİDEO

22/03/2023 22:13

Qəzada ölən Oqtay Əliyevin evindən reportaj — VİDEO

22/03/2023 21:48

Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE

22/03/2023 21:39

Zaur və Günay cütlüyü: “Sizdən yadigar bu şəkil qaldı” – FOTO

22/03/2023 21:33

Mübahisə edən arvadının boğazını KƏSƏRƏK ÖLDÜRDÜ

22/03/2023 21:30

Yola düşən qaya avtomobil yolunda nəqliyyatın hərəkətini pozdu – FOTO, VİDEO

22/03/2023 21:15

Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO

22/03/2023 20:50

Müdafiə Nazirliyi açıqlama yaydı

22/03/2023 20:43

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, illərlə kirayələrdə yaşadı

22/03/2023 20:38

“Dəniz Mall”da nə BAŞ VERİR? – Həyəcan siqnalı verildi

22/03/2023 20:23

Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: “Travmatologiyadayam”

22/03/2023 20:05

Mehriban Zəkinin vəziyyəti necədir? – RƏSMİ AÇIQLAMA

22/03/2023 19:53

Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi – ürəyi tutub…

22/03/2023 19:39

Diqqətsizlik nəticəsində skuter qəzası baş verdi – VİDEO

22/03/2023 19:30

Pərvin Niderlandda “şpaqat açıb” poza verdi – FOTOLAR

22/03/2023 19:15

Oqtay Əliyev yol qəzasında öldü, Dilarə Əliyeva yaralandı

22/03/2023 19:09

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.