Boşanma prosesində olduğu həyat yoldaşına danışmaq adı ilə yaxınlaşan Serdar Semiz barışıq təklifini qəbul etməyən arvadı Canan Semizi güllələyib.
Medianews.az xəbər verir ki, hadisə İstanbulda baş verib.
Küçədə törədilən qətl hadisəsi təhlükəsizlik kamerasına düşüb.
Canan Semiz yerə yıxılarkən, Serdar Semiz hadisə yerindən qaçıb. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və təcili yardım göndərilib. Canan Semiz aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Qısa müddətdə polis tərəfindən yaxalanan şübhəli şəxs nəzarətə alınaraq polis bölməsinə aparılıb.
Medianews.az