Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda bıçaqlı şəxslər jurnalistin oğlunu döydü

TURAN
30/01/2023 14:22
93
BAXIŞ
FacebookTwitterTelegram

Ötən gün Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində 316 saylı orta məktəbin həyətində 4 nəfərdən ibarət dəstə haqqin.az saytının əməkdaşı Fərhad Məmmədovun 17 yaşlı oğluna bıçaqla ağır xəsarətlər yetirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

Bildirilib ki, hadisədən təxminən 2 həftə əvvəl naməlum şəxs F. Məmmədovun oğlunun mobil telefonuna vatsap mesajı göndərib. O, özünü Murad kimi təqdim edərək bir vaxtlar zərərçəkmişlə paralel sinifdə oxuyan qızın bacısı haqqında məlumat öyrənmək istəyib. Lakin 17 yaşlı gənc tanımadığı şəxsin belə bir xahişindən imtina edərək, onu narahat etməməyi xahiş edib və bu telefon nömrəsini bloklayıb. Lakin yanvarın 28-də həmin şəxs başqa nömrədən yenidən zəng edib və onunla 316 saylı məktəbin yanında görüşmək istədiyini söyləyib.

F.Məmmədovun oğlu heç nədən şübhələnməyərək həmin yerə gedib. Murad yenə də hansısa qız haqqında soruşub. Bir neçə dəqiqəlik söhbətdən sonra onlara üç nəfər bıçaqlı gənc yaxınlaşıb. Zərərçəkmiş aradan çıxmaq istəyəndə qəfildən bıçağı çıxaran Murad onun üzünə bir neçə zərbə endirib. Zərərçəkənin özünü müdafiə etmək cəhdləri onun yerə yıxılmasına və döyülməsinə səbəb olub. Hücum edənlər daha sonra hadisə yerindən qaçıblar.
Mənbə qeyd edir ki, onlar özlərini Bakıxanovda fəaliyyət göstərən müəyyən cinayətkar dəstənin üzvləri kimi təqdim ediblər.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları qruplaşmanın iki üzvünü isti izlərlə saxlayıb və ilkin ifadələri aldıqdan sonra sərbəst buraxıblar. Yaralının vəziyyətini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Zərərçəkmişin sözlərinə görə, bu şəxslərin məqsədi onu öldürmək olub.

Jurnalist F. Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə müraciət edərək, bu hadisənin istintaqının xüsusi nəzarətə götürülməsini və cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş edir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru Anar Qafarov “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən hadisə zamanı zərərçəkənə xəsarət yetirən və onun yanında olan daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar barəsində təhqiqat araşdırmaları aparılır: “Zərərçəkənə xəsarət yetirən şəxslər də azyaşlıdılar. Aparılan araşdırmalar, təyin edilən ekspertizalar zamanı onların zərərçəkənə bıçaqla və ya hər hansı kəsici-deşici alətlə xəsarət yetirdikləri sübuta yetirilməyib. Həmin şəxslər izahatlarında aralarında yaranan mübahisə zamanı zərərçəkəni yumruqla vurduqlarını etiraf ediblər. Hadisəyə təhqiqat araşdırmalarından sonra hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, zərərçəkmiş şəxs ötən il sözügedən təhsil müəssisəsini bitirib.

DAHA ÇOX OXU

Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
export

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23
export

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17
SON XƏBƏR

Məciddə terror aktında ölən və yaralananlar var - SON DƏQİQƏ!

Bu şəhərdə bikini və çimərlik geyimindən istifadə qadağan edildi 

Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş (VİDEO)

Xəbər lenti

Mərhum reperin müğənni sevgilisi həbs olundu

30/03/2023 09:14

Ən güvənilən 5 bürc – Bütün sirlərinizi aça bilərsiniz

30/03/2023 08:53

Avtobus qəzası — Ölən və yaralananlar var

30/03/2023 08:48

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05

Silsilə cinayətlər törədən iş adamı həbs edildi

29/03/2023 17:01

11 mərtəbəli bina BOŞALDILDI – HƏYƏCANLI ANLAR(FOTO)

29/03/2023 16:48

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.