Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda 120 mindən çox bina söküləcək – Paytaxtın hər ikinci sakininin həyatı dəyişəcək

Mehin
30/01/2023 09:21
124
BAXIŞ
FacebookTwitterTelegram

Bakını digər keşmiş MDB ölkələri paytaxtları ilə birləşdirən çox az özəlliklər qalıb. Bunlardan biri də heç şübhəsiz keçmiş MDB ölkələri şəhərlərində “SSRİ yadigarı” “Xruşşovka” və “Brejnevka”lardır. Söhbət SSRİ-də 1956-cı ildən başlayan və 1985-ci ilədək davam edən “tikinti bumu” çərçivəsində demək olar ki, SSRİ-nin hər bir bucağında tikilən “beşmərtəbəli” və “doqquzmərtəbəli” binalardan gedir.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırda Bakıda 120 mindən çox SSRİ mirası olan binalar qalıb. Bunların arasında “Xruşşovka”lar, “Brejnevka”lar və Minsk layihəli binalar üstünlük təşkil edir. “Brejnevka”lar əslində bir az modernləşdirilmiş “Xruşşovka”lardır. Onların tikintisi SSRİ-də 1985-ci ilədək davam edib. Bu binalar SSRİ memarı Vitali Laqutin tərəfindən ilk dəfə 1956-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində Qrimau küçəsində layihələndirilib. Əslində isə bu beşmərtəbəli binaları SSRİ-nin rəhbəri Stalin Fransada görərək bəyənib. Sonradan bu tip binaların SSRİ-də tikilməsini əmr edib. Amma ideya Stalin öləndən sonra onun xələfi Nikita Xruşşov tərəfindən reallaşdırıldığı üçün onun adını alıb. Sonradan isə “Xruşşovka”lar SSRİ-nin bütün şəhərlərinə yayılıb.

Sovetlər birliyində bu binaların bu qədər papulyarlaşmasının bir neçə səbəbi var idi.

1. “Xruşşovka”lar 4 nəfərlik (2 böyük, 2 uşaq) sovet ailəsi üçün ideal sayılırdı.

2. Bu tip binalar SSRİ ailələrini kommunal mənzillər və baraklardan çıxarmaq üçün ucuz və çox əlçatan variant idi.

3. Sovet həkimləri beşmərtəbəli “xruşşovka”ların insan sağlamlığı üçün çox ideal variant olduğunu müəyyənləşdirmişdilər. Sonuncu – beşinci mərtəbədə yaşayan insan belə pilləkənlərlə öz evinə rahatca qalxa bilərdi.

4. Bu tip binaların hündürlüyü maksimum 30 metr olurdu ki, həmin binaların tikintisi zamanı hündür qaldırıcı kranlardan istifadəyə ehtiyac olmurdu. O vaxtlarda SSRİ-də maksimum 30 metrədək qalxa bilən kranlar üstünlük təşkil edirdi. Daha hündürə yük qaldıra bilən kranlar isə demək olar ki, yox dərəcəsində idi.

5. “Xruşşovka”larda lift və zibil konteynerləri üçün bloklar olmurdu. Bununla da SSRİ rəhbərliyi yüz minlərlə lift və zibil konteynerinə qənaət edərək əhəmiyyətli dərəcədə irəli düşmüş olurdu.

6. Beşmərtəbəli “xruşşovka”lar seysmik aktiv süxurlar üzərində asanlıqla inşa edilə bilərdi. Təkanlar zamanı bu tikililərin zədə alması demək olar ki, real deyildi.

Hələ keçən il mətbuata açıqlamasında Bakı şəhər icra hakimi Eldar Əzizov Bakıda hər ikinci sakinin SSRİ vaxtı inşa edilmiş tikilidə yaşadığını bildirmişdi. E.Əzizov demişdi ki, paytaxtda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir.

Eldar Əzizov demişdi ki, bu binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər. Bəs Sovetdən miras qalmış və paytaxtın əhəmiyyətli hissəsini tutan Sovet mirası olan bu binaların istismar müddəti nə qədərdir? Bakıda yaşayan hər ikinci insanın həyatı təhlükədədirmi? Sovetdən dövrümüzədək gəlib çatmış bu binalarda XXI əsrin ikinci onillliyində yaşamaq olarmı?

Qeyd edək ki, “Xruşşovka” tipli binaların layihəsini Sovet rəhbərliyi o vaxt Fransadan satın alıb. SSRİ-də tikilən “xruşşovka”lar iki qismə bölünürdü. Bunlardan birincilər müvəqqəti, yerdə qalanlar isə daimi tikililər sayılırdı. Müvəqqəti “xruşşovka”ların istismar müddəti 25, daimilərinki isə 50 illiyinə nəzərdə tutulub. Bakıda inşa edilən SSRİ yadigarı olan binaların əsasən 60-cı illərdə iatismara verildiklərini nəzərə alsaq onda bu müddətin bitdiyini görmüş oluruq. Kobud hesablama ilə Bakıdakı “xruşşovka”ların istismar müddətindən 15 ilə yaxın bir zamanın keçdiyini görərik. Belə olan halda Bakı şəhər icra hakimininin təbirincə desək paytaxtın hər ikinci sakini istismar müddəti bitmiş, yaxud da bitmək ərəfəsində olan tikilidə ömür sürür. Səksəkədə həyatını yaşayaraq sovetdən qalma tikililərdən nə vaxt canını qurtacağını da səbrsizliklə gözləyir.

DAHA ÇOX OXU

Ölkə

Milli Oftalmologiya Mərkəzi Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirdi – FOTO

19/03/2023 09:47
1-MANŞET

Günün fotosu…

18/03/2023 21:49
1-MANŞET

İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – Fotolar

18/03/2023 20:16
1-MANŞET

Prezident Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

18/03/2023 17:22
Ölkə

Tələbələrin kriminal aləmə olan rəğbəti – VİDEO

18/03/2023 16:57
1-MANŞET

SON DƏQİQƏ! Ağdamdan ACI XƏBƏR GƏLDİ- Yaralanan var

18/03/2023 16:27
SON XƏBƏR

Səhər saatlarında dəhşətli xəbər gəldi: Ölən var

“Tək qadınlar yox, arvadsifət kişilər də...” - Mətanət

Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazası barədə məlumatları yayıblar

Xəbər lenti

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır – FOTO

21/03/2023 06:00

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26

Azərbaycana bahar gəldi

21/03/2023 02:31

Zirəddindən Azərbaycanla bağlı PROQNOZ - 4 il sonra...

“Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin

20/03/2023 23:07

Yevlaxda itkin düşən 4 yeniyetmə TAPILDI

20/03/2023 22:28

Azərbaycanda ŞOK: Məktəb direktoru şagirdləri 600 manata SATIR?-VİDEO

20/03/2023 22:14

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım elan edib

20/03/2023 21:32

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.