Ad günü şənliyində açılan atəş nəticəsində 8 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, 3 nəfərin yaralanıb, 8 nəfərin həlak olduğu hadisə Cənubi Afrikanın Şərqi Keyp əyalətində baş verib.
Ərazinin polis xidmətindən verilən açıqlamaya görə, insident yerli vaxtla saat 17:15-17:30 arasında Kvazakelenin Qkeberha şəhərindəki evə basqın edən iki silahlı şəxs ad gününə toplaşan qonaqlara atəş açıb.
Hadisənin detalları araşdırılır.