Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya ordusunun ölkəsinə qarşı hücumları ancaq kifayət qədər silahla dayandırıla bilər.
Medianews.az xəbər verir ki, Zelenski yanvarın 26-da Rusiya ordusunun ölkəsinə qarşı həyata keçirdiyi raket və İHA hücumlarına reaksiya verib:
“Bu şər, Rusiyanın bu təcavüzü yalnız adekvat silahlarla dayandırıla bilər və alınmalıdır”, – deyə Zelenski bildirib.
Ukraynaya tank verəcək ölkələrin sayının artmağa davam etdiyini qeyd edən Zelenski, Kanadanın da bu istiqamətdə qərar verdiyini ifadə edərək: “Hazırda bizim tank koalisiyamızda 12 ölkə var” bildirib.
Müttəfiqlərin ölkəsinə verdiyi hava hücumundan müdafiə sistemləri sayəsində Rusiya qüvvələrinin raket və İHA hücumlarına qarşı effektiv mübarizə apardıqlarını qeyd edən Zelenski, daha çox silaha ehtiyac duyduqlarını bildirib.
Zelenski bildirib ki, Rusiyanın son hücumları səbəbindən Ukraynanın bir çox bölgəsində elektrik enerjisi xidmətində problemlər yaranıb.
Mehin Mehmanqızı
Medianews.az