Türkiyə Ukraynaya elektrik enerjisi təchizatında dəstək verməyə hazırlaşır.
Medianews.az xəbər verir ki, bu məsələ Türkiyə mətbuatında öz əksini tapıb.
Belə ki, Türkiyənin “Karpowership” şirkəti ilə Ukraynanın “ECU” enerji şirkəti arasında elektrik enerjisi təchizatına dair ilkin müqavilə imzalanıb. Proses başa çatdıqdan sonra Rumıniya və Moldovaya yaxınlaşacaq üzən elektrik stansiyaları Ukraynanı elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, Türkiyə bundan əvvəl BMT ilə birlikdə Ukrayna və Rusiya taxılının dünya bazarlarına daşınmasında vasitəçilik rolunu oynayıb