Xəbər verdiyimiz kimi Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Nazir Çavuşoğlu Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu qətiyyətlə pislədiyini və Türkiyənin hər zaman Can Azərbaycanın yanında olduğunu vurğulayıb:
” Son vaxtlar Azərbaycan nümayəndəliklərinə təziqlər artıb. Lakin bunların arxasındakı əsil həqiqət üzə çıxmalıdır. Diplomatik missiyaların qorunması ev sahibi ölkələrinin məsuliyyətidir. Cinayətkarlar ən qısa zamanda tutulsun. Heç bir ehtimal gözardı edilməməlidir” – deyə Nazir bildirib.
Mehin Mehmanqızı
Medianews.az