Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edərək başsağlığı verib.
Medianews.az bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Şentop Azərbaycan Milli Məclisinin sədri Qafarova telefonla zəng edərək hücumla bağlı məlumat alıb.
Şentop, Twitter hesabında paylaşdığı paylaşımda, “Azərbaycanın Tehran səfirliyinə edilən alçaq hücumu pisləyirəm. Azərbaycan Milli Məclisinin sədri, dəyərli dostum Sahibə Qafarovaya zəng edərək şəhid qardaşımız üçün kədərləndiyimizi bildirdim. Hücumda şəhid olanlara və qardaş Azərbaycan xalqına başsağlığımızı çatdırdıq” deyib.