Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib.
Medianews.az bildirir ki, Danimarka baş nazirinin müavini və müdafiə naziri Yakob Ellemann-Yensen ordunun potensialını artırmaq üçün qadınlar üçün hərbi xidmətin icbari olması planını açıqlayıb.
Ellemann-Jensen qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib.
Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər, kişilər isə lotereya sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edə bilərlər.