Məşhur müğənni Hektor Rey Puerto Rikoda dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, “Puerto-Riko” musiqi tarixinin ən məşhur müğənnilərindən biri olan Hektor Rey 54 yaşında dünyasını dəyişib.
“Te proponqo” mahnısı ilə tanınan salsa əfsanəsi ölkəsində çox məşhur idi.
“Ya no es lo mismo”və “Ay Amor” kimi hitləri ilə diqqət çəkən sənətçiyə “Quaraquao de la salsa” ləqəbi verilib.
Bir neçə gün əvvəl xəstələnərək xəstəxanaya yerləşdirilən sənətçini xilas etmək mümkün olmayıb.
Latın musiqi sənayesində adından söz etdirən Reyin ölümündən sonra sosial mediada çoxlu başsağlığı paylaşılıb.
Mehin Mehmanqızı
Medianews.az