Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib və “Türkiyə öz əziz dostu və qardaşı Azərbaycanın yanındadır” deyib.
Medianews.az bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı mesaj paylaşıb.
“Təhlükəsizlik rəisinin şəhid olduğu Azərbaycanın Tehran səfirliyinə qarşı törədilən iyrənc hücumu qətiyyətlə pisləyirəm. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır” deyə mesajda qeyd edib.