Antalyanın Muratpaşa Bələdiyyəsində insident yaşanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bələdiyyədə təmizlik işiləri görən Salih Şahin tapança ilə binaya basqın edib.
Təmizlikçi bunu işinə xitam verilməsi ilə əlaqələndirib. O, şöbə müdirini silahla vurmaq istəsə də, bunu bacarmayıb. Ardınca silahın qundağı ilə Kasım Yılmaza (şöbə müdiri) xəsarət yetirib.
Hadisəyə binadakı şəxslər müdaxilə edib. Bundan sonra Şahin polis tərərfindən saxlanılıb və məhkəmə qarşısına çıxarılaraq həbs edilib.
Qeyd edək ki, təqsirli şəxsin intizamsız davranışına görə yanvarın 19-da işdən çıxarıldığı, rəhbərlərə tabe olmadığı və söyüş söydüyü üçün dəfələrlə xəbərdarlıq edildiyi bildirilib.