İŞİD-in əsas simalarından Bilal əl-Sudan 10 silahlı terrorçu ilə birlikdə öldürülüb.
Medianews.az xəbər verir ki, Amerikalı rəsmilərin bildirildiyinə görə Somalinin şimalında dağlıq ərazidə Bilal əs-Sudanini ələ keçirmək üçün xüsusi təyinatlılar əməliyyat keçirib. Nəticədə terrorçular öldürülüb.
Bilal əl- Sudaninin DAİŞ -in Afrika və digər bölgələrdə yayılmasında və fəaliyyətinin maliyyələşdirilməsində mühüm rol oynadığı iddia edilir .
Fransanın AFP xəbər agentliyinə danışan amerikalı rəsmi, əl-Sudaninin 10 il əvvəl Əl-Şəbab təşkilatından İŞİD-ə qoşulduğunu və daha əvvəl Əş-Şəbab üçün döyüşçülər tapıb öyrətdiyini bildirib.
Mehin Mehmanqızı
Medianews.az