Rusiya Ukraynaya hava zərbələri endirir.
Medianews.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin ölkəsinə 30-dan çox raket atdığını açıqlayıb.
İqnat qeyd edib ki, Rusiyanın Murmansk vilayətindən 6-ya yaxın Tu-95 döyüş təyyarəsi havaya qalxaraq ölkəsinə raket zərbələri endirib.
Digər tərəfdən, Kiyev meri Vitali Kliçko Telegram-da verdiyi açıqlamada paytaxtda partlayış səslərinin eşidildiyini bildirib.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada rusların atdığı ilk raketlərin havada vurulduğunu bildirib.
Mehin Mehmanqızı
Medianews.az